Ziyadxan Əliyev: NAMƏLUM NAXÇIVAN RƏSSAMI

Ziyadxan Əliyev: NAMƏLUM NAXÇIVAN RƏSSAMI

Ziyadxan Əliyev: NAMƏLUM NAXÇIVAN RƏSSAMI 

 

İyun ayının 15-də Naxçıvan Dövlət Universitetinin keçirdiyi “Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri” adlı Respublika elmi konfransında “Naməlum Naxçıvan rəssamı” mövzusunda çıxış etdim. Rəssam Rəşid Mirişliyə (1930-1975) həsr olunmuş məruzənin bütün iştirakçılar arasında maraqla qarşılaşdığını nəzərə alıb, əhatəli çıxışımda yer alan bir önəmli məqamı Sizinlə bölüşmək istəyirəm...
Məsələ burasındadır ki, bu rəssam Azərbaycan təsviri sənətində ilk dəfə bu gün adı dilimizin əzbərinə çevrilmiş NURU PAŞAYA həsr olunmuş ekslibris yaratmışdır. Qənaətimizcə, rəssamın hələ 1971-ci ildə - sovet dönəmində adı Azərbaycan ictimaiyyətinə az tanış olan görkəmli şəxsiyyətə - Nuru paşaya ekslibris həsr etməsi çox yaddaqalan məsələdir. O vaxtlar çoxlarının bu xilaskar türk generalı barəsində heç bir məlumatı olmadığı halda, sənətdə vətənpərvər Bəhruz bəy Kəngərli ənənələrini layiqincə davam etdirən Rəşid Mirişli isə ona həsr olunmuş kitab nişanı yaradıb, onu respublika çərçivəsində ictimailəşdirmişdi.
Orijinal biçimli bu sənət nümunəsi Qafqaz İslam Ordusu rəhbərinin 90 illiyinə həsr olunmuşdur. Obraza möhtəşəmlik bəxş etmək məqsədilə kompozisiyanı şaquli formatda tərtib edən rəssam, Nuru paşanı zirvəsi qarlı dağların fonunda görüntüyə gətirməklə, onun mənəvi ucalığını vurğulamaq istəmişdir.
Odur ki, bu əsərdə təsvir olunanın da, onu yaradanın da “Ruhu şad olsun!” deyirik.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020