Tovuzda yaşayıb-yaradan gənc rəssamların, həmçinin fiziki qüsurlu istedadların əl işlərinin satış sərgisi təşkil olunub - FOTO

19 iyun 2022-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində rayonda yaşayıb-yaradan gənc rəssamların, həmçinin fiziki qüsurlu istedadların əl işlərinin satış sərgisi təşkil olunub. Sərgidə Azərbaycan Respublikası Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, KİV nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak edib.


Muzeyin akt zalında davam edən tədbirin rəsmi hissəsində qarşıda duran məsələlər, regionda kitabxanaçılıq işinin inkişaf etdirilməsi, aşıq sənətinin daha da dirçəldilməsi, uşaq musiqi məktəblərinin fəaliyyəti və s. məsələlər müzakirə olunub, bir sıra tapşırıq və tövsiyələr verilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020