Yevlax rayon tam orta məktəbin kollektivi qazi Həsən Həsənovun toy mərasimində iştirak edib
Bu xəbəri paylaş
17 iyun 2022-ci il tarixdə YAP Yevlax rayon təşkilatının fəalı, şəhid F.Əhmədov adına Salamabad kənd tam orta məktəbin direktoru Yasin Cavadov və məktəbin müəllim kollektivi Ağdamın Tağıbəyli kəndinin qəhrəman oğlu, 2-ci Qarabağ müharibəsinin qazisi, Yevlax rayonundan olan şəhid Məmmədov Bəhruz Tahir oğlunun döyüş yoldaşı Həsən Həsənovun toy mərasimində iştirak etmişdir.
Mərasimdə çıxış edən Yasin Cavadov ilk öncə Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan igidlərimizi dərin ehtiram hissi ilə yad edib, müqəddəs Zəfər yolunda sağlamlıqlarını itirmiş qazilərimizə möhkəm cansağlığı arzuladı. Və xoşbəxt günləri münasibətilə qazi Həsən Həsənova və onun xanımına səmimi təbriklərini çatdırdı.
Daha sonra çıxış edən müəllimlərdən Maqbil Həsənova,Sevinc Əhmədova qazimiz Həsən Həsənovu ürəkdən təbrik edib, ona xoş arzularını ifadə etdilər.
Sonda qazimizin həyat yoldaşına Yevlax rayonundan olan Vətən müharibəsi şəhidi Məmmədov Bəhruzun bibisi Rəhilə Məmmədovanın və müəllim kollektivinin aldığı qiymətli hədiyələr təqdim edildi.
Həsən Həsənovun valideynləri şən rəqsləri ilə toy mərasiminə xüsusi gözəllik qatan müəllim kollektivinə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkür hissini ifadə etdilər.
Elimizin şənlik çərçivəsində ənənəvi təntənə ilə qeyd etdiyi toy adətləri vardır. Hər zaman-istər qəmli, istərsə də əlamətdar olan şad günlərində Vətənimizin azadlığı uğrunda öz sağlamlıqlarını itirən qazilərimizin yanında olmağı özümüzə borc bildik. Xoşbəxt ol Həsən bəy!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)