AÇ-ya gedəcək yığmanın heyəti müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)

AÇ-ya gedəcək yığmanın heyəti müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyunun 23-dən 26-dək Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. 23-25 iyun günlərində fərdi, iyunun 26-da isə komanda yarışları olacaq. Bununla əlaqədar olaraq, yeniyetmə oğlanlar və qızlardan ibarət milli yığma komandalarımız Bakı şəhərində keçirilən təlim məşq toplanışlarını başa vurublar. ACF-dan verilən məlumata görə, artıq Avropa çempionatına qatılacaq heyətlər də müəyyənləşib. Heyətə oğlanlardan Məhəmməd Məmişov, Xalid Məmmədov (hər ikisi 50 kq), Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Aqil Yusubov (hər ikisi 66 kq), Əli Hacızadə, Süleyman Əliyev (hər ikisi 73 kq), Camal Baqişev (81 kq) və Ramazan Əhmədov (+90 kq), qızlardan isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq) və Fidan Əlizadə (57 kq) cəlv edilib.

 

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiyanın İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov, prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, performans direktor Mark van der Ham yığmaların son təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. Eyni zamanda, Olimpiya çempionlarımız idmançılarımızla öz uğur hekayələrini bölüşüblər və müvafiq tövsiyə və məsləhətlərini veriblər.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020