İddiaşıların Madrid "döyüşü" davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İddiaşıların Madrid "döyüşü" davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)
İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxi olmaqla planetin ən güclü 8 şahmatçısının iştirakı ilə Dünya Şahmat Tacı uğrunda iddiaçılar turniri keçirilir. Dairəvi sistem üzrə keçirilməklə iki dövrədən ibarət olan turnirdə Rəcəbovla yanaşı, Əlireza Firuca (Fransa), Dinq Liren (Çin), Yan Nepomniyaşiy (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Rixard Rapport (Rumıniya), Fabiano Karuana və Xikaru Nakamura (hər ikisi ABŞ) mübarizə aparır. Turnirdə ilk 3 tur geridə qalıb. Təəssüüflər olsun ki, Rəcəbov hələki özünü göstərə və pərəstişkarlarını sevindirə bilmir. Xatırladaq ki, startda Firucayla heç-heçə edəndən sonra ikinci turda Nakamuraya uduzan Rəcəbov 3-cü turda isə Nepomniyaşiylə sülh bağlayıb. 3 turdan sonra cəmi 1 xal toplayan Rəcəbov hazırda yarış cədvəlində Dinq Lirenlə birlikdə 7-8-ci yerləri bölüşür. Birgünlük fasilədən sonra bu gün turnirdə 4-cü turun partiyaları oynanacaq. Rəcəbov hesabat turunda Duda ilə qarşılaşacaq. Qeyd edək ki, iddiaçılar turnirinin qalibi sonda hazırki dünya çempionu Naqnus Karlsenlə (Norveç) çempionluq uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)