Qadın voleybol yığmamızın çalışdırıcısı hədəflərdən danışıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamızın çalışdırıcısı hədəflərdən danışıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanın qadın voleyol komandası iyunun 2-dən etibarən Voleybol Mərkəzində baş məşqçi Eldar Yusubovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayıb. Bu arada baş məşqçi Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına hazırlıq prosesinin gedişatı və komandanın qarşısına qoyulan hədəflərdən danışıb:
"İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyunun əvvəlindən təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var. Artıq 19 gündür ki, məşqlərimiz Bakıda davam edir. Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq iyunun 25-dən iyulun 5-nə kimi Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü də yoxlamaq istəyirik" deyən baş məşqçi daha sonra hədəflərdən bəhs edib: "Hədəfimiz hər 2 yarışda uğurlu çıxış etməkdir. İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AVRO-2023-ə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq”.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





