Azərbaycan güləşçiləri İtaliya turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan güləşçiləri İtaliya turnirində -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün İtaliyanın paytaxtı Romada idman güləşi üzrə Matteo Pellikone Memorialı start götürəcək. AGF-dan (Azərbaycan Güləş Federasiyası) aldığımız məlumata görə, iyunun 25-dək davam edəcək ənənəvi yarışda Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Sayca cari ilin 3-cü reytinq xarakterli turniri olan bu Memorialda hər üç komandamız iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında turnirə qatılan yunan-Roma güləşi üzrə yığmamızın heyətində Eldəniz Əzizli, Murad Məmmədov, Nihat Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) yer alıb.
AGF-nın məlumatında deyilir ki, aparıcı güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirə qatılmayıb.

 

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar (final və "kiçik final" ) 20:00-da başlayacaq.

 

Turnirin son 2 günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirə qatılacaq sərbəst güləş üzrə milli komandamızın heyətinə Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Əşrəf Aşırov, Xadjimurad Omarov (hər ikisi 79 kq), Abubakr Abakarov, Orxan Abasov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) cəlb edilib.
İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək. Yarışın son günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020