Qadın və kişi müşketyorlarımız AÇ-nın komanda yarışına başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın və kişi müşketyorlarımız AÇ-nın komanda yarışına başlayır -İNTİQAM təqdim edir (AZpress.AZ)
Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında qılıncoynatmanın hər üç növü (sablya, şpaqa və rapira) üzrə Avropa çempionatı keçirilir. Bu gün hər üç növdə həm kişilərin, həm də qadınların komanda yarışına start veriləcək. Heyətində yenicə Avropa çempionu adını qazanan Anna Başta. Sevil Bünyatova, Valeriya Bolşakova və Palina Kaspiaroviçin yer aldığı sablya üzrə qadın komandamız ilk görüşünü 18 finalda Yunanıstan millisinə qarşı keçirəcək.
Heyəti Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət olan şpaqa üzrə kişi komandamız isə 116 finalda Hollandiya yığması ilə döyüşəcək.
Xatırladaq ki, müşketyorlarımızdan Anna Başta sablyaçı qadınların fərdi yarışında qalib adını qazanaraq, Avropa çempionu olub. Davamı komandalarımızdan gəlsin.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




