Sablya üzrə qadın yığmamız 1 qızılla AÇ-da 5-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Sablya üzrə qadın yığmamız 1 qızılla AÇ-da 5-ci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında qılıncoynatmanın hər üç növü (sablya, şpaqa və rapira) üzrə keçirilən fərdi və komanda Avropa çempiobnatına yekun vurulub. Ölkəmiz hər üç növdə təmsil olunsa da, yalnız sablya yarışında fərqlənə bilib. Belə ki, heyətində yenicə Avropa çempionu adını qazanan Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Palina Kaspiaroviçin yer aldığı sablya üzrə qadın komandamız məhz Baştanın fərdi yarışda qazandığı qızıl medal sayəsində Avropada 5-ci olub.
Xatırladaq ki, ilk üç yeri müvafiq ardıcılıqla İtaliya (4-7-3), Fransa (3-2-6) və Ukraynanın (1-1-2) tutduğu çempionatda Macarıstan vəı Gürcüstan da Azərbaycan kimi bir qızıl medal qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)