Masallı boksçusu respublika mükafatçısıdır (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)
Bu xəbəri paylaş
Masallı boksçusu respublika mükafatçısıdır (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Yeddi gün (14-22 iyun) davam edən yarışlarda respublikanın şəhər və rayonlarından 70 komandanın 369 boksçusu gücünü sınayıb.
Bakı Boks Mərkəzində təşkil olunan birinciliyə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin idmançıları da qatılıblar.
Final görüşlərinin nəticəsinə əsasən Masallı boksçularından 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Saməddin Adıyev birinciliyin bürünc medalına sahib olub.
Məlumat üçün bildirək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


