Azərbaycan cüdoçuları AÇ-ya medallarla başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan cüdoçuları AÇ-ya medallarla başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Oruczadə və İmranov Avropada birinci, Məmişovsa üçüncü olub
Bu gün Xorvatiyanın Poreçe şəhərində yeniyetmə (oğlanlar və qızlar) cüdoçuların Avropa birincilyinə start verilib. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü tatamiyə çıxan 6 təmsilçimizdən üçü daha uğurla çıxış edərək birinciliyin mükafatçıları sırasında yer alıb. Medallardan ikisi qızıl, digəri isə bürünc əyarlı olub. Qızıl medalı bütün görüşlərini qələbəylə başa vuran Şahin Oruczadə (55 kq) qazanıb. O, çempionluğa gedən yolda əvvəlcə Serbiya, ardından isə Ukrayna təmsilçisini məğlub edərək yarımfinala yüksəlib. Burada isə cüdoçumuz erməni rəqibini məğlub etməklə adını finala yazdırıb. Maraqlıdır ki, startda Serbiya təmsilçisini məğlub edən Oruczadə həlledici finalda da bu ölkənin təmsilçisini məyus edib.
Daha bir qızıl medal isə Nizami İmranovun (60 kq) aktivinə yazılıb. Xatırladaq ki, startda türkiyli rəqibini, ardından isə İtaliya və Ukraynı təmsilçisini udaraq finala yüksələn İmranov burada macarıstanlı Adam Mayoru məyus edib.
Bürünc medalın sahibi isə 60 kq-da tatamiyə çıxan Məhəmməd Məmişov olub. İki qələbədən sonra yarımfinalda büdrəyən Məmişov sonda bürünc medal uğrunda kiçik finalda erməni Qora Səfəryanı məğlub edib. Məmişov Səfəryanı üstələyib bürünc medal qazanmaqla yanaşı, həm də ondan 18 finalda məğlub etdiyi həmyerlimiz Xalid Məmmədovun qisasını alıb.
Birincilik davam edir.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




