Güləşçilərimiz İtaliya turnirinə 8 medalla start veriblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Güləşçilərimiz İtaliya turnirinə 8 medalla start veriblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünən İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone Memorialına start verilib. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə klassiklərin çıxışı ilə başlayan və reytinq xarakterli bəlli turnirin start günü yığmamız üçün uğurlu olub. Belə ki, ilk gündə döşək üzərinə çıxan 8 güləşçimizin hamısı mükafatçılar sırasında yer alıb. Onlardan 4-ü - Murad Məmmədov (60 kq). Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbsov (87 kq) bütün rəqiblərini məğlub edərək öz çəkisinin qalibi olub.Eldəniz Əzizli (63 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) yalnız həlledici finalda uduzaraq ikinci yeri tutub və gümüş medalla kifayətlənib. Günün yeganə bürünc medalı isə Beka Kandelakinin (130 kq) aktivinə yazılıb. Bir maraqlı məqamı da qeyd edək ki, Eldəniz finalda öz komanda yoldaşı Taleh Məmmədova, Beka Kandelaki isə yarımfinalda Sabah Şəriətiyə uduzub.
Bu gün klssaiklərimizdən mübarizəyə qatılan daha bir təmsilçimiz - Ülvi Qənizadə (72 kq) də çıxışını uğurla davam etdirməklə adını finala yazdırıb. Bu isə onun ən pis halda gümüş medalı təmin etməsi deməkdir. Sabah o, çempionluq və qızıl medal uğrunda həlledici görüşünə çıxacaq.
Memorial davam edir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
