Ələt-Astara yolunda qəza baş verdi- Yaralananların sayı 20-yə çatıb
Bu xəbəri paylaş
Ələt-Astara yolunda qəza baş verdi- Yaralananların sayı 20-yə çatıb
Qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən "Hyundai" markalı avtomobil yolun kənarına aşıb.
Ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.
Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib.
Yaralılara ilkin tibbi yardım göstərilir.
Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)