Maşından qızlara söz atdı, bədəlini canı ilə ödədi

Maşından qızlara söz atdı, bədəlini canı ilə ödədi

 

Ötən ilin sentyabr ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 31 yaşlı Elgün İsmayılov qətlə yetirilib.

Bundan sonra prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla məlum olub ki, qətl 32 yaşlı Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.

T.İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra T.İsmayılov E.İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib.

Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib. Bakı Ağır Cinayət Məhkəməsinin qərarı ilə Teymur İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020