Ülvü Qənizadə gümüş medal qazandı, komanda çempion oldu -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ülvü Qənizadə gümüş medal qazandı, komanda çempion oldu -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ülvü Qənizadə gümüş medal qazandı, komanda çempion oldu -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yunan-Roma güləşi üzrə millimiz isə komanda hesabında birinci yeri tutub

 

İtaliyanın paytaxtı Romada güləş üzrə keçirilən Matteo Pellikone Momerialı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz - Ülvü Qənizadə (72 kq) xalça üzərinə çıxaraq, nəyə qadir olduğunu nümayiş etdirib. Qeyd edək ki, 23 yaşadək güləşçilər arasında Avropa çempionu adını daşıyan güləşçimiz təsnifat mərhələsində Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq o, ayağndan ciddi zədələndiyi uüçün həlledici finalda litvalı Kristupas Sleyvayla güləşə çıxa bilməyib. Nəticədə də Qənizadə gümüş medalla kifayətlənib.

 

Bununla da yunan-Roma güləşi üzrə millimiz reytinq xarakterli turniri 9 medalla başa vurub. Beləliklə, 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız topladığı 48 xalla komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.
Bu gün isə turnirdə sərbəst güləşçilər meydana çıxıblar.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020