Rəcəbov iddiaçılar turnirində Rapportla xal bölüb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov iddiaçılar turnirində Rapportla xal bölüb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin ən yaxşı 8 şahmatçısının iştirakı ilə Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turniri davam edir. Bu gün turnirdə birinci dövrənin sayca 6-cı turunun partiyaları keçirilib. Hesabat turunda həmyerlimiz macarıstanlı Rixard Rapportla qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüş 41-ci gedişdə tərəflərin razılığı ilə sülh şəraitində bitib. 6 turdan sonra Rəcəbov onunla eyni xal (2,5) ehtiyatına malik olan Dinq Liren (Çin) və Yan-Kşiştof Duda (Polşa) ilə birlikdə 5-7-ci yerləri bölüşür. Fransa təmsilçiai Əlireza Firucanın 2 xalla sonuncu (8-ci) olduğu yarış cədvəlinə 4,5 xalla rusiyal Yan Nepomniyaşiy liderlik edir. Ondan cəmi yarım xal geri qalan amerikalı Fabiano Karuana 2-ci, hərəyə 3 xal toplayan Rapportla Xikari Nakamura (ABŞ) isə 3-4-cü yerləri bölüşür.
Xatırladaq ki, dairəvi sistem üzrə keçirilməklə, iki dövrədən və 14 turdan ibarət olan iddiaçılar turnirinin qalibi sonda hazırki dünya çempionu Maqnua Karlsenlı (Norveç) Tac uğrunda görüş keçirəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020