AÇ-də iştirak edəcək gənc qızlardan ibarət millinin heyəti açıqlanacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

AÇ-də iştirak edəcək gənc qızlardan ibarət millinin heyəti açıqlanacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada 20 yaşlı oğlan (U-20) və qızlar ararasında güləşin hər 3 növü (yunan-Roma. sərbəst və qadın güləşi) üzrə Avropa çempionatı keçiriləcək. Bu gün yunan-Romaçıların çıxışı ilə start götürən çempionatın 3-cü günü zərif cinsdən olan güləşçilər mübarizyə başlayacaqlar. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, bir gün öncə qitə birinciliyində ölkəmizi təmsil edəcək gənc qızlardan ibarət milli komandanın üzvləriylə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.

 

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın heyətinə 6 qız idmançı cəlb edilib ki, bu altılıqda da Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) yer alıb.

 

Qeyd edək ki, AÇ-nin proqramına əsasən, iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020