Olimpiada-2024-ə gedəcək taekvondoçuların sayı və onları Olimpiadaya aparan yollar müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Olimpiada-2024-ə gedəcək taekvondoçuların sayı və onları Olimpiadaya aparan yollar müəyyənləşib -İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünya Taekvondo Federasiyası 2024-cü ildə Parisdə (Franas) keçiriləcək növbəti Yay Olimpiya Oyunlarında iştirak edəcək taekvondoçuların sayını və onların Olimpiada-2024-ə gedəcəyi yolları açıqlayıb. Məlum olub ki, Paris Olimpiadasında 64 kişi və eynmi sayda da qadın olmaqla 128 dayanq ustası medallar uğrunda mübarizə aparacaq. Bunlardan 20 kişi və 20 qadın taekvondoçu dünya reytinq cədvəlində tutduğu yerdən asılı olaraq (2023-cü ilin son reytinq cədvəli nəzərdə tutulur) Oyunlara lisenziya qazanacaq. Bunlar hər çəki dərəcəsində ilk beşlikdə yer alanlar olacaqlar. Reqlamentə görə, gələn ilin sonuna qədər keçiriləcək "Böyük Dəbilqə" turnirlərinin qalibləri də lisenziya qazanmış olacaqlar. Qalan lisenziyalar isə Qitələr üzrə keçiriləcək Olimpiya Təsnifat turnirlərində öz sahiblərini tapacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)