Gülağa Tənha: AXŞAM DÜŞÜR

Gülağa Tənha: AXŞAM DÜŞÜR

 Gülağa Tənha: 

AXŞAM DÜŞÜR


Axşam düşür
kölgəmlə mən,
qaranlığa qarışıram.
Deyəsən
mən ayrılığa
yavaş-yavaş alışıram.


Axşam düşür,
Küçələri seyr edirəm,
adamlarla danışıram.
Deyəsən,
mən taleyimlə
yavaş-yavaş barışıram.


Axşam düşür
dərdlərimi ovutmağa,
sevgimizi unutmağa
çalışıram.
Deyəsən,
mən dönüklükdə
sənin ilə yarışıram.


İspaniya, 1999

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020