Sərbəst güləş yığmamız İtaliyada 9 medalla birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Sərbəst güləş yığmamız İtaliyada 9 medalla birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada idman güləşi üzrə keçirilən Matteo Pellikone Memorialına sərbəst güləşçilərin çıxışı ilə yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata gör, yığma komandamız 4-ü qızıl. 2-si gümüş və 3-ü bürünc əyzrlı olmaqla 9 medal qazanıb. Bu isə Azərbaycan yığmasına komanda hesabında birinci yeri tutmaq imkanı verib. Xatırladaq ki, komandamızın heyətində qızıl medalları Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubəkr Abakarov ()86 kq* və Osman Nurməmmədov (92 kq) qazanıb. Bir maraqlı məqamı da qeyd edək ki, 70 kü çəki dərəcəsində yığmamızın üzvləri demək olar ki, bir dəst (1-1-1) medal qazanıblar. Coşqun Əzimovun çempion olduğu bu çəki dərəcəsində onun finalda məğlub etdiyi Murad Yevloyev gümüş, 3 qat dünya və Avropa çempionumuz, yarımfinalda Coşqunla üzləşməkdən imtina edən Hacı Əliyvsə bürünc medal qazanıb.

 

Beləliklə, sərbəst güləş üzrə millimiz reytinq turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (145) ikinci, Türkiyə (114) isə üçüncü pillədə qərarlaşıb.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020