Fərid Qayıbov Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşdü (AZpress.AZ, N.Dilavər, +FOTO=15)
Bu xəbəri paylaş
Fərid Qayıbov Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşdü -(AZpress.AZ, N.Dilavər, +FOTO=15)
Gənclər və idman naziri Fərid Qayıbov Ağdaş Dövlət Humanitar Kollecinin şagirdləri ilə görüşüb.
Nazir əvvəlcə kollecin həyətində yaradılmış Şəhidlər güşəsinin qarşısına gül dəstələri qoyub, şagirdlərin yaradıcılığı ilə əyani tanış olub, həmçinin kitabxana və idman zalına baxıb.
Kollecin direktoru Namiq Mehdiyev naziri salamlayaraq, təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.
Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Şagirdlər öz uğurları və fəaliyyətləri barədə nazirə müxtəlif suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib.
Səmimi ab-havada keçən görüşdə Fərid Qayıbov kollec şagirdlərinə gənclər və idman siyasəti barədə məlumat verib, onlara öz tövsiyələrini çatdırıb.
#Gənclərİdman
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)














