COĞRAFİYAÇI ALİMLƏR ÖZBƏKİSTANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİ ZİYARƏT EDİBLƏR +FOTO=8

COĞRAFİYAÇI ALİMLƏR ÖZBƏKİSTANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİ ZİYARƏT EDİBLƏR +FOTO=8

COĞRAFİYAÇI ALİMLƏR ÖZBƏKİSTANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİ ZİYARƏT EDİBLƏR 

 

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov və İnstitutun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistanın Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

 

Mərkəzin direktoru Samir Abbasov alimləri Mərkəzin fəaliyyəti ilə tanış edib, Azərbaycan-Özbəkistan dostluğu, mədəniyyət, humanitar sahədə əməkdaşlığın inkişafında Mərkəzin rolu və görülən işlər haqqında geniş məlumat verib. Coğrafiyaçi alimlər Mərkəzin fəaliyyətinə həsr olunmuş stend və guşələr, eləcə də Mərkəzin muzeyində sərgilənən eksponatlarla tanış olublar. Görüşdə elm və təhsillə bağlı əməkdaşlıq sahəsində görülə biləcək işlər və digər sahələr haqqında fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020