Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunur (+FOTO=9, +VİDEO)

Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunur (+FOTO=9, +VİDEO)

Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunur 

 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilir.

 

Təmir olunan bu hissənin uzunluğu 500, eni ortalama 12 metr təşkil edir.

 

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, hazırda frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir.

 

Artıq küçənin 4500 kv.m sahəsinə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 1200 kv.m sahəsi asfaltlanıb, əraziyə 1600 p/m yeni səki daşları düzülüb.

 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

 

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Anoloji təmir işləri hazırda Nizami rayonunda Yenikənd Məmmədəli Şərifli küçələrində də aparılır.

 

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

 

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020