Fərid Qayıbov ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub (AZpress.AZ, N.Dilavər, +FOTO=19)

Fərid Qayıbov ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub (AZpress.AZ, N.Dilavər, +FOTO=19)

Fərid Qayıbov ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub (AZpress.AZ, N.Dilavər, +FOTO=19)

 

Gənclər və idman naziri Fərid Qayıbov iyunun 24-25-də ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.

 

Səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan nazir mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

 

Fərid Qayıbov Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb. Həmçinin Gəncə şəhərində tikilməkdə olan İdman Sarayının tikintisi ilə tanış olub.

 

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

 

Gənclər və idman naziri Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

#Gənclərİdman

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020