Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionudur! -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionudur! -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada 20 yaşlı oğlan və qızlar arasında idman güləşinin hər üç növü üzrə Avropa çempionatı keçirilir.
İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Yığmamızın üzvlərindən ikisi Nihad Quluzadə (55 kq) ilə Laçın Vəliyev (87 kq) daha inamla güləşərək bütün rəqiblərini məğlub etməklə həmyaşıdları arasında Avropa çempionu olub. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, Nihad Quluzadə (55 kq) startda fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə həlledici görüşdə isə rumıniyalı Denis Mihayla qarşılaşıb və onu da 10:1 hesabıyla məğlub edərək Avropa çempionu olub.
Laçın Vəliyevə(87 kq) gəlincə, mübarizəyə qatıldığı 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyən (8:5) Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Yarımfinalda isə erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gələn Laçınımız finalda rumıniyalı Patrik Qordanı 3:1 hesabla üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İNTİQAM Məmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020