"ABAD" məhsulları Yaponiyada sərgidə təqdim edildi

"ABAD" məhsulları Yaponiyada sərgidə təqdim edildi

“ABAD” publik hüquqi şəxs ilk dəfə olaraq Yaponiyada “Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində iştirak edib. Sərgi Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda üç gün ərzində (22–24 iyun 2022-ci il) keçirilib.


“ABAD” məhsulları sərgidə Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin dəstəyi ilə təqdim olunub. Burada “ABAD”çıların istehsal etdiyi cürbəcür təbii əzmələri, yağları, ədviyyatları, balları, spirtli içkiləri, sousları, unları və s. məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Bundan başqa, sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan digər yüksəkkeyfiyyətli, xüsusi orqanik məhsulları Asiya regionunun şirkətlərinə təklif olunub.


Qeyd edək ki, “JFEX-2022” beynəlxalq sərgisi Asiya regionunun qida məhsulları və içkilər üzrə ən böyük sərgilərindən biri hesab edilir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020