AÇ-da çıxış edəcək sərbəst güləş üzrə U-20 yığmamızın heyəti açıqlanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
AÇ-da çıxış edəcək sərbəst güləş üzrə U-20 yığmamızın heyəti açıqlanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
İtaliyanın paytaxtı Romada 20 yaşlı (U-20) güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Qeyd edək ki, çempionatın proqramına əsasən yunan-Roma və qadın güləşindən sonra meydan sərbəst güləşçilərin ixtiyarına veriləcək. Bu isə çempionatın son 3 gününə təsadüf edir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu yarışda ölkəmizi böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) təmsil edəcək.
Dünən komanda İtaliyaya yola salınıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvləriylə görüşərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, AÇ-nin proqramına əsasən, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Sabah isə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq.
İNTİQAM Məmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)