Saçların tökülməsini azaldan bitkilər

Saçların tökülməsini azaldan bitkilər

Saçların tökülməsini azaldan bitkilər 

 

Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini yaxşılaşdırmaq, möhkəmləndirmək və saçların tökülməsini azaltmaq üçün uğurla istifadə olunur.

 

Belə reseptlərin bəzilərini sizə təqdim edirik.


- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra süzün və saçlarınızı yaxşı yuduqdan və yaxaladıqdan sonra bu dəmləmə ilə yaxalayın. Daha sonra su ilə yaxalamaq lazım deyil.

 

- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində qapağı bağlı qazanda qaynatmaq lazımdır. 30 dəqiqə dəmlədikdən sonra dəmləməni süzün və təmiz saçlarınızı bu dəmləmə ilə yaxalayın.

 

- 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmləyin və süzün. Daha sonra təmiz saçları bu dəmləmə ilə yaxalayın.

 

- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda qapağı bağlı qazanda qaynatdıqdan sonra süzün. Saçları yaxşı yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə edin.

 

- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.

 

- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində bağlı qazanda vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.Saglamolun.Az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020