IV Beynəlxalq elmi praktiki konfranası davam edir +FOTO=10
Bu xəbəri paylaş
IV Beynəlxalq elmi praktiki konfranası davam edir
İSRES cəmiyyətinin Türkiyə təşkilatçılığı ilə IV Beynəlxalq elmi praktiki konfranas öz işini davam edir.
AMEA Dendrologiya İnstitutunun ev sahibliyi etdiyi “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda İSRES cəmiyyətinin Türkiyə təşkilatçılığı ilə IV Beynəlxalq elmi praktiki konfrans keçirilmişdir. Beynəlxalq konfransda 16 ölkədən 117 nümayəndə, bir sıra nüfuzlu elm xadimləri əyani və online şəkildə məruzələri ilə iştirak etmişdir.
AMEA Dendrologiya İnstitutunun direktoru b.ü.f.d. dosent Samirə Bağırova Türkiyə-Azərbaycan qardaşlığının, din, dil, mədəniyyət birliyinin qədim tarixi kökləri haqqında öz çıxışında qeyd etmişdir. Türkiyə-Azərbaycan əlaqələrinin tək siyasi məcrada deyil, elmi istiqamətlərdə də inkişafının vacib amil olduğunu söyləmişdir. Elə bu səbəbdən də İSRES cəmiyyətinin təşkil etdiyi bu konfrans diqqətə layiqdir və davamlı olması arzuolunandır. O söyləmişdir ki, konfransda iştirak edən müxtəlif ölkələr ilə olan əməkdaşlıq daimi olacaq və gələcəkdə də sıx əlaqələr qurulacaq. Həmçinin, bu kimi konfransların gənclərin tədqiqat işlərində mühüm rol oynadığını bildirmişdir.
Beynəlxalq konfransın təşkil olunmasının əsas məqsədlərindən biri də biologiya, tibb, kənd təsərrüfatı və s. kimi sahələrdə olan yeni elmi nəaliyyətlərin, metodların və innovativ fikirlərin mübadiləsi, nəzəri və pratiki təcrübələrin bölüşdürülməsindən ibarət olmuşdur. Konfransın gedişatında elmi diskusiyalar edilmiş, gənclərin və iştirakçıların maraqlandığı suallara cavab verilmişdir.
Samirə Bağırova çıxışında Konfransın kecirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan alimlərin, tələbələrin və idarəçilərin bir araya gətirilməsi ilə Tibb, Sağlamlıq və Həyat Elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə ediləcəyini diqqətə çatdırdı. “Sağlamlıq və Həyat Elmləri ilə bağlı qabaqcıl ideyaları təqdim etməklə mübadilə edərək dünyanın hər yerindən olan alimlərin və tədqiqatçıların peşəkar qruplarının bir araya gətirilməsi ilə standart tədqiqatların qloballaşdırılaraq müzakirələrin və təqdimatların beynəlxalq miqyasda daha rəqabətli edilməsilə diqqəti Tibb, Sağlamlıq və Həyat Elmləri sahəsində əldə edilən son nüfuzlu nailiyyətlərə, gələcək tendensiyalara və ehtiyaclara yönəldilməsidir”.
Bu sahədəki perspektivli, dəyərli töhvələrin Beynəlxalq Konfransın Elmi Komitəsi tərərfindən qiymətləndirilərək “Konfrans Materialları”-nın xüsusi buraxılışında və nüfuzlu məqalələrin Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc edilməsi çox təqdirəlayiq hal olduğunu qeyd etdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)









