Kişi basketbol yığmamız Maltaya AÇ-nın yarımfinalında da uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi basketbol yığmamız Maltaya AÇ-nın yarımfinalında da uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi basketbol yığmamız Maltaya AÇ-nın yarımfinalında da uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Maltada basketbolu zəif inkişaf etmiş ölkələr arasında keçirilən və Azərbaycan yığmasının da qatıldığı Avropa çempionatı artıq finişə yaxınlaşıb. Qeyd edək ki, yer aldığı B qrupunda əvvəlcə ev sahibinə (71:73), ardından Andorraya (69-72) məğlub olandan sonra turnirin 14 finalında San-Marinonu 68:51 hesabla udaraq yarımfinala yüksələn yığmamız bu mərhələdə yenidən Malta ilə qarşılaşmalı olub. Təəssüflər olsun ki, qrup mərhələsində olduğu kimi finala çıxışda da komandamız Malta ilə bacarmayıb. Görüş Maltanin 59:52 (16:12, 12:15, 11:8, 20:17) hesablı qələbəsi ilə bitincə yığmamız finaldan kənarda qalıb. Sabah basketbol yığmamız 3-cü yer uğrunda oyuna çıxacaq. Rəqibsə digər yarımfinalda baş tutan Andora - Ermənistan çütünün qalibi olacaq.

 

Xatırladaq ki, baş məşqçisi Aleksandr Trifunoviç olan Azərbaycan yığması AÇ-ya Zaur Paşayev, Orxan Aydın, Endar Poladxanlı, Anar Hacıyev, Əkbər Məmmədov, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Cordan Devis, Ulas Can Turqut və Beray Taşerdən ibarət heyətlə qatılıb. Komandanın kapitanı Amil Həmzəyevdir.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020