Rəcəbov iddiaçılar turnirində Dinq Lireni mat qoyub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov iddiaçılar turnirində Dinq Lireni mat qoyub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov iddiaçılar turnirində Dinq Lireni mat qoyub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yan Nepomniyaşiysə qələbəyə bir addım da yaxınlaşıb

 

İspaniyanın paytaxtı Madriddə Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turniri finişə yaxınlaşıb. Aəzrbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin ən güclü 8 zəka sahibinin iştirak etdiyi və dairəvi sistem üzrə keçirilməklə 2 dövrədən və 14 turdan ibarət olan turnirdə sayca 12-ci tura da yekun vurulub. Hesabat turunda qara fiqurlarla çinli şahmatçı Dinq Lirenə qarşı oynayan Rəcəbov qarşılaşmanın 26-cı gedişində Dinq Lireni ağ bayraq qaldırmağa məcbur edib. Bu qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıran Rəcəbov yarış cədvəlində 4-cü pilləyə yüksəlib. Turu yarış cədvəlinə şəriksiz liderlik edən rusiyalı Yan Nepomniyaşiy üçün də uğurlu hesab etmək olar. Çünki Rəcəbovun Dinq Lireni məğlub etməsi rusiyalı şahmatçının işinə yarayıb. Beləki, Nepomniyaşiyin ən yaxın izləyicisi olan Dinq Lirenin xal itirməsi nəticəsində onların arasında olan xal fərqi ikiyə çatıb. Bu isə o deməkdir ki, 13-cü tyurda Neponiyaşiy aktivinə cəmi 0,5 xal yazdıra bilsə, bununla da son turu gözləmədən o, vaxtından əvvəl iddiaçılar turnirinin qalibi adını və çempionluq uğrunda hazırki çempion Maqnus Karlsenlə (Norveç) oynamaq hüququ qazanmış olacaq.

 

Tələsməyək. Sabah baş tutacaq 13-cü turun nəticələrini gözləyək. 13-cü turda Rəcəbov Fabiano Karuana (ABŞ) ilə, Nepomniyaşiysə Rixard Rapportla (Macarıstan) üzləşəcək.

 

Turnir cədvəli: Yan Nepomniyaşiy (Rusiya) - 8,5 xal, Dinq Liren (Çin), Xikaru Nakamura (ABŞ) - hərəyə 6,5 xal, Rəcəbov, Karuana - hərəyə 6 xal, Rapport, Yan-Kşiştof Duda (Polşa) - hərəyə 5 xal, Əlireza Firuca (Fransa) - 4,5 xal.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020