BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ

 BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ


İyunun 2-si “İmperial English Azerbaijan (İEAZ)” tərəfindən ingilis dili müəllimlərinin tədris bacarıqlarını daha da inkişaf etdirmələri üçün ingilis dilinin tədrisində yeni innovativ metodologiyaların, yanaşma, pedaqogika və qiymətləndirmələrin tətbiqi baxımından xüsusi olaraq hazırlanmış “BRİTANİYA TESOL SERTİFİKATI TƏLİMİ”-nə yekun vurulmuşdur.


Nəzəriyyə və ilkin biliklərin, yeni tədris bacarıqları və ideyalarının, video, poverpoint təqdimatlarının, tədqiqat məqalələri və təlim qeydlərinin, praktiki tədris materiallarının, ustad-müəllimlər ilə dəyərli təcrübə mübadilələrinin, onlayn seminarların yer aldığı 50 saatlıq ümumi təlim müddətinin ilk 40 saatını özünütəhsil, 10 saatını isə onlayn seminarlar təşkil etmişdir. Seminarlar Birminqam kollecinin direktor müavini, “İmperial English UK” şirkətinin tədris departamentinin rəhbəri cənab Rafael Salquero, Böyük Britaniyalı beynəlxalq təlimçi Dəni Mandi və Gürcüstan Kutaisi Beynəlxalq Universitetinin professoru İnqa Diakonidze tərəfindən keçirilmişdir.

 



Təlim proqramını uğurla başa vuran müdavimlər “Imperial English UK” tərəfindən “Britaniya TESOL Təlimini Peşəkar Bitirmə Sertifikatı” ilə təltif edilmiş, iyul ayında elan ediləcək İngiltərənin “Ofqual (The Office of Qualifications and Examinations Regulation)” - İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsinin sertifikatl ilə təltif ediləcəkləri “LEVEL 5 – TESOL (CELTA)” təlimində və il sonunda Böyük Britaniyaya baş tutacaq səfərdə iştirak etmək imkanını əldə etmişlər. Bir həftəlik səfər proqramı çərçivəsində TESOL təlimi, Bukingem Sarayı, London Eye, London Muzeyi, Kembric, Oksford kimi mərkəzlərə ekskursiyalar nəzərdə tutulur.


1. Aynur Əliyeva – Bakı Atatürk liseyi
2. Aynurə Məmmədova – Bakı Atatürk liseyi
3. Aynurə Mirzəyeva – Etibar Şirəliyev adına 274 nömrəli orta məktəb
4. Aygün Ələkbərova – Silahlı Qüvvələrin Hərbi Akademiyası (ingilis dili müəllimi)
5. Aygün Mənsimova – Şuşa şəhər 1 nömrəli orta məktəb
6. Aysel Səfərova – Azərbaycan Dillər Universiteti
7. Cəmilə Rəsulova – Azərbaycan Dillər Universiteti
8. Dinara Muxtarova – Azərbaycan Dillər Universiteti
9. Elnarə İsgəndərova – Ağdam şəhər 87 və 135 nömrəli orta məktəblər
10. Elnarə Həsənquliyeva – Azərbaycan Dillər Universiteti
11. Elnarə Putayeva – Azərbaycan Dillər Universiteti
12. Elina Fərəcova – Azərbaycan Dillər Universiteti
13. Fidan Nəsibli – Azərbaycan Dillər Universiteti
14. Günel Əliyeva – Azərbaycan Dillər Universiteti
15. Günel Ramazanova – Azərbaycan Dillər Universiteti
16. Günel Rəhimli – Şəki şəhər Kiş kənd orta məktəbi
17. Gülgəz Məmmədli – İngilis dili müəllimi
18. Gülmar İsrafilova – Azərbaycan Dillər Universiteti
19. Həcər Məmmədova – Bakı Slavyan Universiteti
20. Hüsniyyə Vəliyeva – Bakı Dövlət Universiteti
21. Xatirə Əliyeva – Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli orta məktəb
22. İlahə Məmmədova – Azərbaycan Dillər Universiteti
23. Kəklik Osmanova – Kürdəmir şəhər Siyavuş Paşayev adına 6 nömrəli orta məktəb
24. Könül Abdurəhmanova – Azərbaycan Dillər Universiteti
25. Leyla Məmmədova – Azərbaycan Dillər Universiteti
26. Mahirə Hacıyeva – Azərbaycan Dillər Universiteti
27. Mənsurə Ağayeva – Bakı Dövlət Universiteti
28. Nigar Məhərrəmova – Azərbaycan Dillər Universiteti
29. Nigar Mehdizadə – Azərbaycan Dillər Universiteti
30. Nina Səmədova – Bakı şəhər 245 nömrəli orta məktəb
31. Nişanə Kərimova – Bakı Slavyan Universiteti
32. Nurlana Eyubova – Azərbaycan Dillər Universiteti
33. Pərvanə Qarayeva – Yevlax şəhər 5 nömrəli orta məktəb
34. Ruziyə Ağayeva – İsmayıllı rayon Regional Mədəniyyət mərkəzi (ingilis dili müəllimi)
35. Sevinc Muradova – Şəki şəhər Kiş kənd Aydın Məmmədov adına 2 nömrəli orta məktəb
36. Səadət Novruzova – Azərbaycan Dillər Universiteti
37. Səkinə Hacıyeva – Azərbaycan Dillər Universiteti
38. Solmaz Süleymanova – Bakı şəhər 238 nömrəli orta məktəb
39. Sübhi İlyasov – Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəb
40. Şəfəq Əsədova – Kəlbəcər şəhər 33 nömrəli orta məktəb
41. Şəfəq Yusifova – Bakı şəhər 280 nömrəli orta məktəb
42. Tahirə Zairova – Azərbaycan Dillər Universiteti
43. Təranə Qasımova – Hacıqabul şəhər 3 nömrəli orta məktəb
44. Ülfan Mirzəzadə – Azərbaycan Dillər Universiteti
45. Ülkər Qardaşova – Zaqatala rayon, Tala kənd A. Qurbanov adına 3 nömrəli orta məktəb
46. Vəfa Fərəcli – Yevlax rayon, Rüstəmli kənd orta məktəbi
47. Vüsalə Ağabəyli – Azərbaycan Dillər Universiteti


Xatırladaq ki, “İmperial English Azerbaijan (İEAZ)” Böyük Britaniyanın “British Council” tərəfindən akkreditə olunmuş “İmperial English United Kingdom (İEUK)” şirkətinin Azərbaycan üzrə yeganə rəsmi təmsilçisidir və dövlət təşkilatlarına (Təhsil Nazirliyi və s.), akademik təşkilatlara (lisey, kollec, məktəb, universitet, dil mərkəzləri və s.), müəssisələrə (dövlət və qeyri-dövlət şirkətləri, sənaye müəssisələri, QHT və s.) müəllimlərin təkmilləşdirilməsi və ingilis dilinin tədrisi işində öz təcrübəsini bölüşərək dəstəkçi olur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020