Güləş üzrə U-20-lərin Avropa çempionatı başa çatır -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Güləş üzrə U-20-lərin Avropa çempionatı başa çatır -İNTİQAM təqdim edir (AZpress.AZ)
Cəbrayıl Hacıyev AÇ-nın finalına yüksəlib
İtaliyanın paytaxtı Romada 20 yaşlı (U-20) güləşçiləır arasında keçirilən Avropa çempionatına bu gün sərbəst güləşçilərin çıxışı ilə yekun vurulacaq. Çempionatın sonuncu və 7-ci günündə 3 təmsilçimiz medal uğrunda mübarizə aparacaq. Onlardan Cəbrayıl Hacıyev (74 kq) çempionluq uğrunda son final görüşünə çıxacaq. Hacıyev sərbəst güləş üzrə yığmamızın aktivinə yeganə qızıl medal yazdıra bilər. Daha iki güləşçimiz - Ramik Heybətovla (61 kq) Fərid Cabbarov (86 kq) isə bürünc medal qazanmağa çalışacaq.
Dünən isə sərbəst güləşçilərimizdən Sabir Cəfərov (70 kq) gümüş, Səbuhi Əmiraslanovsa (79 kq) bürünc medal qazanmışdı.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)