Kişi basketbol yığmamız AÇ-da 3-cü yer uğrunda Andorrayla üzləşəcək -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Kişi basketbol yığmamız AÇ-da 3-cü yer uğrunda Andorrayla üzləşəcək -İNTİQAM təqdim edir (AZpress.AZ)
Maltada basketbolu zəif inkişaf etmiş ölkələr arasında keçirilən Avropa çempionatı artıq finişin bir addımlığındadır. Aleksandr Trifunoviçin rəhbərlik etdiyi Azərbaycan yığması da daxil olmaqla 7 komandanın iki qrupda mübarizəyə qatıldığı çempionat artıq finiş xəttinə çatıb. Bu gün həlledici final və 3-cü yer uğrunda görüşlə çempionata yekun vurulacaq. Qeyd edək ki, heyəti Zaur Paşayev, Orxan Aydın, Endar Poladxanlı, Anar Hacıyev, Əkbər Məmmədov, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Cordan Devis, Ulas Can Turqut və Beray Taşerdən ibarət olan Azərbaycan yığması üçüncülük uğrunda Andorra komandası ilə yenidən qarşılaşacaq. Görüş bu gün axşam saatlarında baş tutacaq. Xatırladaq ki, Azərbaycan qrup məhələsinin ikinci turu çərçivəsində 69:72 hesabla uduzduğu Andorra ilə qarşılaşacaq. Yığmamızın hjəm revanş etmək, həm də AÇ-nın üçüncüsü olmaq şansı var.
AÇ-nın final matçında isə ermənistanla Malta qarşılaşacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


