44-cü Şahmat Olimpiadasında kişi komandamız reytinqdə ikinci, qadınlarımızsa səkkizincidir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
44-cü Şahmat Olimpiadasında kişi komandamız reytinqdə ikinci, qadınlarımızsa səkkizincidir -İNTİQAM təqdim edir (AZpress.AZ)
İyulun 28-də Hindistanın Çennae şəhərində sayca 44-cü olan Şahmat Olimpiadasına start veriləcək. FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) aşıqlamasına görə, Olimpiadada rekord sayda komanda iştirak edəcək. Azərbaycan yığmalarının da qatılacağı bu yarışda 187 kişi və 162 qadın komandası mübarizə aparacaq. FİDE hətta komandaların reytinq göstəricilərini də açıqlayıb. Heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəylinin yer aldığı və kapitanı Nicat Abbasov olan kişi şahmat komandamız 2705 xalla iştirakçı komandalar arasında ABŞ-dan (2771 xal) sonra ikincidir. Heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova. Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın yer aldığı və kapitanı Nicat Məmmədovun olduğu qadın yığmamız isə 2300 xalla 8-cidir. Qadın yığmamız ev sahibi Hindistan(2486), Ukrayna (2478), Gürcüstan (2475), Qazaxıstan (2441), Polşa (2423) və Fransadan (2400) geri qalır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

