IronWind 70.3 yarışının qalibləri müəyyənləşdi (AZpress.AZ, N.Dilavər, +FOTO=25)

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşdi (AZpress.AZ, N.Dilavər, +FOTO=25)

 “IronWind 70.3” yarışının qalibləri müəyyənləşdi (AZpress.AZ, N.Dilavər, +FOTO=25)

 

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib.
İyulun 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind 70.3” turniri təşkil olunub.
Yarış “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
90 iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21,1 kilometr qaçıblar. Turnir həm fərdi, həm də estafet formatında baş tutub.
Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Gənclər və idman naziri Fərid Qayıbov turnirdə iştirak ediblər.
#Gənclərİdman #Azərbaycanİdmanı

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020