“Günay“ uşaq teatr - studiyası “Leyli və Məcnun” və Məhəbbət” tamaşalarını oynadı +FOTO=38
Bu xəbəri paylaş
“Günay“ uşaq teatr - studiyası “Leyli və Məcnun” və Məhəbbət” tamaşalarını oynadı
Gəncə şəhər İcra Hakimiyətinin dəvəti və dəstəyi ilə Bakı Uşaq və Gənclər teatrının “Günay“ uşaq teatr - studiyası iyul ayının 2 - də dahi Azərbaycan şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin vətənində onun əsərlərinin motivləri əsasında Şəhər Dövlət Dram Teatrının səhnəsində “Leyli və Məcnun” və Məhəbbət” tamaşalarını oynamışdır. Tamaşaçıları Bakı Uşaq və Gənclər teatrının direktoru, Azərbaycanın əməkdar artisti İntiqam Soltan salamlamışlar. Qeyd etmək istərdik ki, tamaşanın izləyiciləri arasında “Uşaq evi”ndən olan uşaqlar da qonaq qismində iştiraak etmişlər. Gənc artistlərin ixtiyarına avtobus təqdim edilmişdir. Uşaqlar Nizami Gəncəvinin məqbərəsini, muzeyini, şəhər parklarını gəzmişlər. Onlar həmçinin iyul ayının 3- də Göygöl və Maralgöldə olmuşlar. “Günay” teatrına həmçinin Bakının “Rus evi” və Azərbaycanın rus icması dəsdək göstərmişlər. Teatr Gəncəyə tam tərkibdə səfər etmişdi. Tamaşalarda teatrın həm böyük və həm də kiçik aktyor qrupu iştirak etmişlər. “Günay” uşaq Teatrının rəhbəri və quruluşçu rejissoru Larisa Viktorovna Tarusovadır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





































