Ordumuzun əsgəri İNTİHAR ETDİ
Bu xəbəri paylaş
Ordumuzun əsgəri İNTİHAR ETDİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
x x x
Ötən gün Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.
R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.
Rəvanın özündən böyük bir qardaşı da var. Böyük qardaşı yenicə hərbi xidmətdən qayıdıb. O, Naxçıvanda xidmət edib.
R.Tağıyevin nəşi bu gün doğulduğu Salahlı kəndinə gətirilib və orada dəfn olunub.Unikal.org
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)