Aqil Ələsgər: ...Eşşəkliyin kulminasiyası...

Aqil Ələsgər: ...Eşşəkliyin kulminasiyası...

Aqil Ələsgər: ...Eşşəkliyin kulminasiyası...

 

Açığı, mənim TV-də görüb zəhləm getdiyi, hətta hər dəfə öz efirində qonaqları tərəfindən sındırıldığı fraqmentləri zövqlə izlədiyim üç aparıcıdan ikisi qeyd-şərtsiz Zaur Kamaldır. Şəxsən tanımıram, ancaq adamın qonaqlarıyla davranışları məndə qıcıq yaradır. Son etdiyi də eşşəkliyin kuliminasiyası idi. Tənqid olundu və olunmalı idi də. Ancaq tənqid edərkən, ədalət hissini unutmamalı, bunu hansısa merkantil səbəbdən nifrət etdiyin media qurumuna və ya həmkarlarına qarşı fürsətə çevirməməlisən. Zauru, Xoşqədəmi ya da Zaurun biri Zauru populyar edən cəmiyyətdir, cəmiyyət. Şirkətlər boşuna milyonlarını bu verilişlərə tökürlər? Hamı bilir ki, söyülsələr də, ən çox izlənən bu verilişlərdir. Sabah TV-dən çıxıb, sosial şəbəkələrə keçsələr, yenə kütlə arxalarınca ora tərəf sürünəcək. Belə oln təqdirdə telekanal niyə “qızıl yumurta verən toyuğu”nu kəssin?

 

Ayrıca, təyin olunandan sonra ilk ağır cəzanı “öz telekanalı” dediyiniz kanala kəsən, populizmdən uzaq, sadəcə fəaliyyəti ilə gündəmə gələn insanı sırf rəhbərlik etdiyi qurum istədiyiniz qərarı çıxartmayıb deyə (əslində bunun bəhanə olduğunu hər kəs bilir) çamur atmaq oyun qaydalarına ziddir. Düşmənçiliyin var, kartları açıq oyna. Oynaya bilmirsənsə, onun-bunun arxasında daş atma. Çünki o daşlar bir gün mütləq bumeranqa çevriləcək…

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020