Yardımlıda qadının başını kəsib mağazaya atdılar

Yardımlıda qadının başını kəsib mağazaya atdılar

Yardımlıda qadının başını kəsib mağazaya atdılar

 

Ötən gün axşam saatlarında 1962-ci il təvəllüdlü Məmmədova Gülxar Əhməd qızı qətlə yetirilib. Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyiti aşkarlanıb.

 

Araşdırma nəticəsində zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə onun baş və boyun nahiyələrinə xəsarətlər yetirib. Qadın yerindədə dünyasını dəyişib.


Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Ostayır kənd sakinləri  bildiriblər ki, Gülxar Məmmədova Firqət Məstiyevə nisyə siqaret vermədiyinə görə sonuncu tərəfindən amansızlıqla öldürülüb.

 

“Həmin qadın həyətində kiçik mağaza işlədirdi, peçenya, siqaret və digər ərzaq məhsulları satırdı. İmkanı olmayan şəxslərə nisyə mal verirdi. Firqət Məstiyevə də dəfələrlə nisyə siqaret verib. Amma onun borcu çox olduğuna görə, sonuncu dəfə nisyə siqaret istəyəndə Gülxar Məmmədova bundan imtina edib. Borcunu qaytarmadığına görə, ona siqaret satmayacağını bildirib. Bundan sonra aralarında mübahisə düşüb. Hadisə vaxtı Firqət Məstiyev sərxoş halda olub", - sakinlər deyiblər.

 

İddialara görə, Firqət Məstiyev kənddə narkotik və alkoqol istifadəçisi kimi tanınırmış. Gülxar Məmmədova dul qadın olub. Onun həyat yoldaşı dünyasını dəyişib.Modern.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020