Yeniyetmə tennisçilərimiz Avropa çempionatına qatılıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə tennisçilərimiz Avropa çempionatına qatılıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında stolüstü tennis üzrə Avropa çempionatına start verilib. Tennisçilərin komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda özünü sınayacağı bu turnirdə Azərbaycan təmsilçiləri də mübarizəyə qatılıblar. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, ilk olaraq həm oğlanların, həm də qızların komanda yarışı başlayıb. Qeyd edək ki, heyəti Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadədən ibarət olan oğlanlardan ibarət yığmamız statr görüşündə Sloveniyanı 3:1 hesabla məğlub edib. Yığmamız sabah qrup mərhələsində Avstriya komandasıyla qarşılaşacaq.

 

Heyətində Arzu Aslanova, Aylin Əsgərova və Mərziyə Nurmetova triosundan ibarət olan qızlar komandamız isə start matçında Yunanıstana 1:3 hesabla uduzandan aonra Çernoqoriyanı 3:0 hesabla məğlub edib. Qızlarımız qrupda növbəti oyunda İsveç komandasıyla qarşılaşacaqlar.

 

İyulun 16-dək davam edəcək çempionata qatılan komandalarımıza Elnur Hidayətzadə və Ramil Cəfərov rəhbərlik edir. Daha iki həmyerlimiz - beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov isə Avropa birinciliyində ölkəmizi təmsil edir.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020