Azərbaycan çimərlik güləşi üzrə AÇ-ya 9 idmançıyla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan çimərlik güləşi üzrə AÇ-ya 9 idmançıyla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan çimərlik güləşi üzrə AÇ-ya 9 idmançıyla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatına start veriləcək. İki gün davam edəcək çempionatın start günü 17 (U-17), ertəsi günsə 20 (U-20) yaşlılar mübarizə aparacaqlar. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda ölkəmizi Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) təmsil edəcək.

 

Birinciliyin proqramına əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da, pley-off və medallar uğrunda qarşılaşmalar isə 17:00-da başlayacaq.

 

Bir məqamı da qeyd edək ki, həftəsonu (9-10 iyulda) isə elə həmin məkanda eyni idman növü üzrə böyüklər arasında Dünya Seriyasının 4-cü mərhələsi baş tutacaq. Turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubovdan (90 kq) ibarət triomuz çıxış edəcək.

 

Daha bir həmyerlimiz - beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020