Lənkəran teatrında gənc aktyorlar üçün master-klass keçiriləcək- AZpress.AZ, Ağaddin Babayev+FOTO

Lənkəran teatrında gənc aktyorlar üçün master-klass keçiriləcək-AZpress.AZ, Ağaddin Babayev+FOTO 

 

İyulun 13-dən 15-ə kimi Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün 3 günlük master-klass keçiriləcək. “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda reallaşacaq məğələləri AZpress.AZ xəbər verir ki, Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparacaq.

 

Məşğələlər zamanı diqqətin aktyor texnikasında önəmi, əzələ sərbəstliyi, fantaziya və təxəyyül, təklif olunmuş vəziyyət, fiziki əhval-ruhiyyə, əşyaya, partnyora və məkana qarşı münasibətlərin dəyişməsi, məqsədə çatmaq üçün görülən əməl və s. barədə ətraflı məlumat veriləcək, eləcə də aktyor sənəti üçün vacib olan digər məsələlər barədə söhbət aparılacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020