Lənkəranın icra başçısı dağ kəndində səyyar-qəbul keçirib- AZpress.AZ, Ağaddin Babayev+FOTO=4
Bu xəbəri paylaş
Lənkəranın icra başçısı dağ kəndində səyyar-qəbul keçirib-AZpress.AZ, Ağaddin Babayev+FOTO=4
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ucqar dağ kəndi olan Biləsərdə keçirib. AZpress.AZ xəbər verir ki, açıq havada baş tutan səyyar tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Lənkəran ŞİH başçı Taleh Qaraşov əvvəlcə ənənəvi şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğı və problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verib. Qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu söyləyən İcra başçısı bildirib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, birbaşa dialoqun təşkili dövlət başçısı İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan tələblərdəndir.
T.Qaqaşov qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, habelə aztəminatlı ailələrin qayğı və problemlərinin həlli istiqamətində son dövrlər mütəmadi çoxsaylı addımlar atılır. Bütün bunların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində mümkün olduğunu vurğulayan İcra başçısı hər zaman həssas təbəqədən olan insanların diqqət mərkəzində saxlanmasının vacibliyindən danışdı.
Yerli sakinlər çıxışlarında rayonun rəhbər şəxslərinin onlarla birbaşa dialoq qurmasından, qaldırılan məsələlərin yerindəcə həll olunmasından, habelə aidiyyəti üzrə müvafiq idarə və müəssisələrə rəsmi şəkildə müraciət olunmasından məmnunluqlarını ifadə ediblər. Onlar hər zaman olduğu kimi qaldırılan bütün məsələlərin həll olunacağına inandıqlarını və qlobal ərzaq qıtlığına baxmayaraq bunun gündəlik həyatlarında müşahidə olunmadığını qeyd edərək, bütün bunlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



