Baş İdarə Qurban bayramı münasibətilə tədbir keçirib +FOTO=32

Baş İdarə Qurban bayramı münasibətilə tədbir keçirib 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qurban Bayramı ərəfəsində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində konsert təşkil edib.

 

Konsertin aparıcısı Günay Firudinqızı qonaqları salamlayaraq, Müqəddəs Qurban Bayramının mühüm özəlliklərindən birinin ahılları yada salmaq, onlarla bayramlaşmaq olduğunu qeyd edib. Tədbirdə çıxış edən Pansionatın direktoru Samirə Mehdiyeva müharibə və əmək əlillərinə dövlət qayğısından və onlar üçün hazırlanan proqramların ahıllarımızın asudə vaxtının təşkilində əhəmiyyətindən danışıb. Milli Məclisin deputatı Jalə Əhmədova ağsaqqallarımızla, ağbirçəklərimizlə hər görüşün böyük mənəvi dəyəri olduğunu vurğulayıb.

 

Konsert proqramında populyar müğənni Elnur Məmmədov və rəqqasə Fatimə Fətəliyeva ahıllarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş ediblər.

 

Pansionat sakinləri bu gözəl ortamı yaratdıqlarına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020