Qurban əti necə saxlanmalıdır?

Qurban əti necə saxlanmalıdır?

Qurban əti necə saxlanmalıdır? 

 

Qurban əti kəsiləndən sonra 4-5 saat və ya mümkünsə 1 gün sərin və günəş işığı olmayan yerdə dinləndirilməlidir.
Hava keçirməyən, təmiz torbalarda qablaşdırılan ətlər dondurucuda xarab olmadan 1 ilə qədər saxlanıla bilər.
Ət soyuducuda 3-4 gündən çox qalmamalıdır. Əti sonradan necə istifadə edəcəyimizi müəyyənləşdirərək, məsələn, kiçik parçalar və ya qiymə şəklində hazırlamalı və torbalara qoyub dondurucuda saxlamalıyıq.
Qurban əti dinləndirildikdən sonra bişirildikdə daha yumşaq və daha ləzzətli olur, həmçinin bu proses ətin qoxusunun qarşısını da alır.
Qeyd edək ki, kəklikotu, rozmarin və dəfnə yarpağı ətin qoxusunu yüngülləşdirən ədviyyatlardır.
Xatırladaq ki, sabahdan Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020