Güləşçilərimiz həm fərdi, həm də komanda hesabında Avropanın birincisi olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçilərimiz həm fərdi, həm də komanda hesabında Avropanın birincisi olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
 

Bu gün Yunanıstanın Katerini şəhərində 17 yaşlılar (U-17) arasında çimərlik güləşi üzrə Avropa çempionatı keçirilib. Qitə birinciliyində Azərbaycan güləşçiləri də iştirak ediblər. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, ölkəmizi baş məşqçi Oyan Nəzəriani və Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi ilə təmsil edən yığmamız uğurla çıxış edərək tarixi qələbəyə imza atıb. Belə ki, çempionata qatılan gükləşçilərimizin dördü də öz çəkisinin qalibi olub. Bu isə Azərbaycan yığmasına komanda hesabında da birinci olmaq imkanı verib. Güləşçilərimizə gəlincə, 50 kq-da mübarizəyə qatılan Hüseyn Sevdimov startda fransalı Qaspar Çeynuya, ardından isə Yunanıstan təmsilçiləri Antonios Likudis və Panteleymon Pissakisə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.

 

60 kq-da çıxış edən Ziya Göyüşov Yunanıstanı təmsil edən Apostolos Soliylə Vasileos Kesidisi eyni hesabla (3:0) üstələyərək 12 finala adlayıb. Burada isə o, rumıniyalı Adam Alhafezə eyni hesabla qalib gələrək adını finala yazdırıb. Gəncə güləş məktəbinin yetirməsi finalda isə moldovalı Yonut Triboyu da 3:0 hesabıyla məğlub edərək Avropa çempionu adına layiq görülüb.

 

70 kq çəki dərəcəsində güləşən təmsilçimiz Vüsal Əliyev də komanda yoldaşlarından geri qalmayıb. Moldovanın iki idmançısını - Vlad Stratan (4:1) və Yon Berqini (3:1), eləcə də fransalı Enzo Quyotu (3:0) üstələyən Əliyev yarımfinalda Eduard Lenarda (3:0), finalda isə yenidən Vlad Stratana (5:0) qalib gəlib.
80 kq-da çıxış edən Anar Cəfərlisəstartda fransalı Hayk Sarqsyandan (3:1), daha sonra isə yunanıstanlı Georgios Terzidisdən (3:0) və moldovalı Lorentiu Markudan (3:2) güclü olub.
Beləliklə, 4 qızıl medal qazanıb, 100 xal toplayaraq komanda hesabında Avropa çempionu olan komandamızdan sonra Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.
Sabah 20 yaşlıların (U-20) analoji yarış keçiriləcək.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020