Regionlarda psixoloji maarifləndirmə marafonu keçirilib - FOTO

Regionlarda psixoloji maarifləndirmə marafonu keçirilib - FOTO

“Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə 4-6 iyul 2022-ci il tarixlərində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində psixoloji maarifləndirmə marafonu keçirilib.


Marafon çərçivəsində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində “Loqos” Psixoloji və Nitq Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən bir sıra aktual olan psixoloji mövzularda maarifləndirici çıxışlar edilib, ödənişsiz diaqnostik konsultasiyalar həyata keçirilib.


Psixoloji maarifləndirmə marafonunda ümumilikdə 200-dək şəxs iştirak edib, 50-dən çox vətəndaş ödənişsiz diaqnostik konsultasiyalardan yararlanıb.


Qeyd edək ki, marafonun həyata keçirilməsinin məqsədi, bölgələrdə yaşayan əhalinin psixoloji cəhətdən maarifləndirilməsi, insanlara ödənişsiz psixoloji dəstək göstərilməsidir. Layihənin gələcəkdə digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020