"Şərq nağılı" adlı akvarel vorkşopu və satış sərgisi keçirildi. (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=148)
Bu xəbəri paylaş
"Şərq nağılı" adlı akvarel vorkşopu və satış sərgisi keçirildi.
Bu gün, 10 iyul (2022-ci il) saat 12:00 da gözəl "Şərq bazarı" ticarət kompleksində IWS Azerbaijan rəssamlarının "Şərq nağılı" adlı akvarel vorkşopu və satış sərgisi keçirildi.
IWS Azerbaijan akvarel cəmiyyəti IWS Globe Beynəlxalq Akvarel Cəmiyyətinin nümayəndəliyi kimi Azərbaycanda akvarelist rəssamlarını bir araya gətirərək akvarel sənətinin inkişafı və təbliği üçün fəaliyyət göstərən bir birlikdi. Tədbir IWS Globe şəbəkəsinin bir hissəsi olan və akvarel sənətinə dəstək olan IWS Ecaz Art (Ecaz Hobby & Art Shop) və IWS Azerbaijan təşkilatçılığı ilə həyata keçdi.
Tədbirdə rəssamlar akvarel texnikasında öz iş proseslərini nümayiş etdirdilər. Akvarelist rəssamlar Azərbaycanın mədəniyyətinə aid şərq motivləri mövzusunda gözəl rəsm əsərləri yaratdılar. Ümumiyyətlə 20-dən artıq rəssamın akvarel əsərlərindən ibarət sərgi təşkil edildi.
Tədbirin qonağı pakistanlı akvarelist rəssam Faisal Haroon @Faisalharoon26 oldu. İxtisasca memar olan rəssamın yaradıcılığında təbiət, şəhər mənzərələri və portretlər əsas yer tutur. Beynəlxaq sərgilərin iştirakçısı olan rəssamın bir çox əsərləri müxtəlif ölkələrdə həm dövlət, həm də özəl kolleksiyalarını bəzəyir. Həmçinin bir neçə həftə əvvəl Londonda keçirilən beynəlxalq sərgidə iştirak edib. Avropa ölkələrində bir sıra seminarlar keçirmiş akvarelist rəssam qardaş ölkə Pakistanın nümayəndəsi kimi öz əsərləri və sənət nümayişi ilə tədbirimizə rəng qatdı.
Akvarel sənəti müasir dövrdə bütün dünyada geniş yayılıb və daima inkişafdadır . Dünya akvarelist rəssamları biri biriləri ilə ünsiyyət quraraq sənət mübadiləsi aparırlar və bu sənəti inkişaf etdirirlər. Akvarel sənətinin sehrli bir cazibəsi var. Eyni zamanda mürəkkəb və sadə, sərbəst və səbr tələb edən, addımlarını qabaqcadan planlaşdırmanı nəzərdə tutan və axarına buraxma kimi təzadları birləşdirən akvarel olduqca maraqlı bir texnikadı.
Sərgi 3 gün davam edəcək. Hər kəs sərgiyə gəlib gözəl akvarel əsərləri əldə edərək akvarelin sehrli gözəlliyini özü ilə apara bilər.
***
Vorkşop və sərgi iştirakçıları
1. Daniela Arxangelskaya
2. Yekaterina Obuxovskaya
3. Fidan Alimova
4. Aytac Rəşidova
5. İntiqam Cəfərov
6. Leyla Vazehi
7. İrina Sahan
8. Parviz Aliyev
9. Natalya Kornetova
10. Naibə Vəliyeva
11. Bənövşə Ağayeva
12. Sumayə Cəfərova
13. Novruz Allahveriyev
14. Vüsalə Zaidova
15. Əlvan Fərzəliyev
16. Sabir Məmmədov
17. Simurə Əmirova
18. Vüqar Əsədov
19. Hüseyn İskəndərov
20. Səbinə İskəndər
21. Faisal Haroon
Tədbirin kuratoru IWS Azerbaijan akvarel cəmiyyətinin həmsədri Səbinə İskəndərdir
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



















































































































































