“Ərkivan” (Masallı) FK ölkə çempionudur Akif Ağayev (AZpress.AZ)

 “Ərkivan” (Masallı) FK ölkə çempionudur

 

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatı başa çatıb.

Həvəskarlar liqasında mövsüm ərzində bütün oyunlarını qələbə ilə başa vuran Ərkivan” FK çempionatın final mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşması “Ərkivan” (Masallı) futbol klubu ilə “Mübariz”(Bakı) komandası arasında olub.

İyulun 10-da, Bakı şəhərindəki “Dalğa-Arena” stadionundakı həlledici görüş gərgin mübarizə şəraitində keçib. İlk yarım hissədə qapılara top vurulmayıb. İkinci hissənin ilk dəqiqələrində bakılılar önə çıxmağa müvəffəq olublar. Oyunun son dəqiqələrində Masallı idmançıları tarazlığı bərpa ediblər. Əsas hissə 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda üstünlüyü ələ alan “Ərkivan” FK son nəticədə möhtəşəm qələbəyə imza atıb – 1:3. Futbolçulardan Əflatun Məmmədov iki, Asəf Həşimov isə bir dəfə rəqib qapısına yol tapıb.

“Ərkivan” FK-nın üzvü Əflatun Məmmədov çempionatın bombardiri olub (20 top).

Beləliklə, Masallı rayonunun “Ərkivan” futbol klubu həvəskar komandalar arasında keçirilən XXIII ölkə birinciliyinin qalibi adını qazanıb.

Çempion komandanın rəhbəri və baş məşqçisi Ramil Həsənovu təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020